Türkiyədə sabiq məmura məxsus seyfdən 26 kq qızıl çıxdı


Türkiyədə Dövlət Hava Limanları İdarəsi (DHMİ) Biznes şöbəsinin keçmiş müdiri Mehmet Cəmil Acar rüşvət və korrupsiya ittihamı ilə həbs edilib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankara Baş Prokurorluğu tərəfindən aparılan istintaq zamanı Acarın adına olan bank seyfində aparılan axtarışda külli miqdarda vəsait ələ keçirilib.
Belə ki, sözügedən seyfdən 26 kiloqram qızıl, 1 milyon 320 min dollar və 121 min avro ələ keçirilib. Valyuta və qızıl aktivlərinin ekvivalenti bugünkü məzənnə ilə 160 milyon lirəni (təxminən 7,1 milyon manat) keçir.
Bildirilib ki, hazırda istintaq davam edir.
Qeyd edək ki, ötən il haqqında araşdırma başladılan Acar 2024-cü ilin noyabr ayında vəzifəsindən istefa verib.

DİGƏR XƏBƏRLƏR

Top