
Futbol tarixinin ən yaxşı bombardiri, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kriştiano Ronaldo klubu dəyişə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sport Bible”in tanınmış ərəb jurnalisti Nasir Cabbar məlumat yayıb.
Bildirilib ki, Ronaldo 2025-ci il Klublararası Dünya Çempionatında iştirak etmək üçün “Əl-Nəsr”dən ayrılmağı düşünür. Londonun “Çelsi” və “Mançester Siti” klubları Ronaldonu transfer etməkdə maraqlıdır. Ronaldo turnirdə iştirak etmək üçün bu klublardan biri ilə bir aylıq müqavilə bağlaya bilər.
Xatırladaq ki, portuqaliyalı uzun müddət Çempionlar Liqasının qalibi olduğu digər İngiltərə nəhəngi “Mançester Yunayted”də çıxış edib. Bundan əvvəl Kriştianunun mundialda iştirak etmək üçün eyni sxem üzrə “İnter Mayami” ilə müqavilə bağlaya biləcəyi bildirilib.