Bu qurumun işçilərinin sayı artırıldı


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin ştat vahidi 146-dan 164-dək artırılır.
Yeniavaz.com
xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərmanında dəyişiklik edilməsi ilə bağlı yeni fərmanda öz əksini tapıb.
O cümlədən, fərmana əsasən, Dövlət Xidməti Aparatının ştat vahidi 51-dən 57-yə, regional bölmələri üzrə isə 95-dən 107-yə çatdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top