“Bayer” Xabi üçün 20 milyon istəyir


“Bayer”in baş məşqçisi Xabi Alonsonun baş müşaviri olan İnyaki İbanez “Real Madrid” təmsilçiləri ilə danışıqlar aparıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sky Sport Germany”nin jurnalisti Florian Plettenberq X sosial şəbəkəsində məlumat verib.
Mənbənin sözlərinə görə, Leverkuzen klubu Alonsonun “Bayer”də qalacağı, yoxsa “Real”a keçəcəyi ilə bağlı qərarını gözləyir.
Klub ispan mütəxəssisin potensial yeni klubunun onlara 15-20 milyon avro məbləğində təzminat ödəyəcəyini ümid edir.
Digər tərəfdən, “Bayer” Alonsonun mümkün gedişinə hazırlaşır və artıq alternative məşqçilərlə maraqlanır.
Qeyd edək ki, 43 yaşlı mütəxəssisin alman klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimidir.

DİGƏR XƏBƏRLƏR

Top