
Romada İran və ABŞ nümayəndə heyətləri arasında dolayı məsləhətləşmələrin ikinci raundu başa çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın dövlət televiziya və radio şirkətinin (IRİB) müxbiri məlumat yayıb.
Bildirilib ki, məsləhətləşmələr planlaşdırıldığı kimi başa çatıb. Müxbir qeyd edib ki, hər şey onu göstərir ki, ikinci tur da konstruktiv şəraitdə keçib.
***16:52
Romada Tehranın nüvə proqramı ilə bağlı böhranın həlli üçün ABŞ və İran arasında danışıqların ikinci raundu başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın dövlət yayımı (IRIB) məlumat yayıb.
Bildirilib ki, məsləhətləşmələr Oman səfirinin iqamətgahında keçirilir.
Qeyd edək ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi İtaliyanın paytaxtında dolayı danışıqların Omanın xarici işlər naziri Bədr əl-Busəidinin vasitəçiliyi ilə aparılacağını bildirib.
***11:09
Bu gün İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün Vaşinqton və Tehran arasında danışıqların ikinci raundu keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Məlumata görə, danışıqlar Oman səfirinin Romadakı iqamətgahında baş tutacaq.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayinin sözlərinə görə, Omanın xarici işlər naziri Bədr əl-Busəidinin vasitəçiliyi ilə İtaliyanın paytaxtında dolayı danışıqlar aparılacaq.
Əvvəlki görüşdə olduğu kimi ABŞ-ni danışıqlarda Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff, İranı isə xarici işlər naziri Abbas Əraqçi təmsil edəcək.
Qeyd edək ki, aprelin 12-də Omanın vasitəçiliyi ilə ABŞ və İran nümayəndələri arasında İslam Respublikasının nüvə proqramı ətrafında vəziyyətin nizamlanması üzrə danışıqların birinci raundu Maskatda baş tutub. İran nümayəndə heyətinə Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff başçılıq edib.