Çində dünyanın ən hündür körpüsü tikilir


Çinin Quyçjou əyalətində yeni dünya rekordu vuracaq körpünün tikintisi başa çatmaq üzrədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Oddity Central” məlumat yayıb.
Bildirilib ki, Beypan çayını əhatə edən “Huajiang Grand Canyon” Körpüsü su səthindən 625 metr hündürlüyə çatacaq və 2025-ci ilin ikinci yarısında nəqliyyat üçün açılacaq.
Tikinti 2022-ci ilin yanvarında başlayıb və hazırda 95% tamamlanıb. “Guizhou Highway Group”un baş mühəndisi Şjan Şenlin bildirib ki, körpü Çinin infrastrukturunun gücünü nümayiş etdirən daha bir əlamətdar layihə olacaq. O, Beypan çayı vadisinin “Yer çatı” kimi tanınan ən dərin hissəsindəki sahilləri birləşdirərək, keçid vaxtını bir saatdan bir dəqiqəyə qədər azaldacaq.
Qeyd edilib ki, nəqliyyat funksiyasından əlavə, körpü yeni turistik məkana çevrilməyi vəd edir. Qüllələrdən birində panoramik mənzərəli şüşə lift, ulduzları seyr etmək üçün bar və kafe olacaq.

DİGƏR XƏBƏRLƏR

Top