
Rusiyanın xalq artisti Mixail Boyarski Sankt-Peterburqdakı Lensovet teatrında tamaşa zamanı xəsarət alıb və qabırğasının sınığı şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-a teatrdan məlumat verilib.
“Mixail Sergeyeviç ötən həftəsonu baş tutan premyera məşqi zamanı büdrədi. Buna baxmayaraq, o, tamaşanı sonacan oynadı. Qabırğanın sınması şübhəsi var, amma ciddi narahat olmağa dəyməz”, - agentliyin mənbəsi bildirib.
Teatr, Boyarskinin yaxın vaxtlarda səhnəyə qayıdacağına ümid edir:
“Boyarskinin iştirakı ilə “Teatr romanı” tamaşası ayın 29-dadır – düşünürəm ki, o vaxta qədər hər şey yaxşı olacaq”.