
“Google” korporasiyası “Android 16” əməliyyat sisteminin (ƏS) dördüncü beta versiyasını təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Android” tərtibatçılarının bloqunda məlumat verilib.
Bildirilib ki, dördüncü beta, ictimaiyyətə təqdim edilməzdən əvvəl “Android 16”nın son quruluşudur.
“Google” mühəndisləri yeni ƏS funksiyaları haqqında ətraflı məlumat vermədilər və qeyd etdilər ki, beta versiyada 2025-ci ilin aprel ayı üçün mühüm təhlükəsizlik düzəlişləri var. “Android 16”nın üçüncü beta versiyası martın ortalarında çıxıb.
“Android” məhsullarının idarə edilməsi üzrə vitse-prezident Metyu Makkallounun sözlərinə görə, tərtibatçılar və həvəskarların test quruluşunu öyrənmək və “Android 16”nın yaradılması prosesinə təsir etmək üçün son şansı var. Makkallo yeni smartfon istehsalçılarının ƏS-nin beta sınaq proqramına qoşulduğunu da vurğulayıb.