Kiyev Tokiodan 3 milyard dollar gəlir əldə edəcək – Rusiyanın aktivlərindən


Kiyev dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadə edərək ERA (Fövqəladə Gəlirlərin Sürətləndirilməsi) təcili kredit proqramı çərçivəsində Tokiodan təxminən 3 milyard dollar alacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi öz saytında məlumat yayıb.
Ukraynanın maliyyə naziri Serhi Marçenko və Yaponiyanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Masaşi Nakaqome Kiyevin G7 ERA proqramı çərçivəsində kredit alacağına dair saziş imzalayıblar.
“Müqavilə Ukraynaya 471,9 milyard yapon yeninə (təxminən 3 milyard dollar) qədər məbləğdə kreditin verilməsini nəzərdə tutur”, - departamentin açıqlamasında bildirilir.
Maliyyə Nazirliyi əlavə edib ki, maliyyələşmə 30 il müddətinə verilir. Marçenko bildirib ki, son üç il ərzində Yaponiya artıq Ukraynaya 8,5 milyard dollardan çox vəsait ayırıb.

DİGƏR XƏBƏRLƏR

Top