İran Putinin Tehrana səfərinin 2025-ci ildə baş tutacağına ümid edir


İran Rusiya Prezidenti Vladimir Putinin 2025-ci ildə Tehrana səfərini gözləyir.
Yeniavaz.com
xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.
“İran prezidenti cənab Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putini Tehrana səfərə dəvət edib. Ümid edirik ki, bu səfər cari 2025-ci ildə baş tutacaq”, - Əraqçi qeyd edib.
Qeyd edək ki, Pezeşkian 2025-ci ilin yanvarında Moskvaya səfər edib. Yanvarın 17-də Kremldə keçirilən danışıqlardan sonra Rusiya Federasiyası və İran prezidentləri iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Müqavilə imzalayıblar.

DİGƏR XƏBƏRLƏR

Top