Bakı Şəhər İcra Hakimiyyəti 105 milyonluq tender müsabiqələri elan etdi


Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfathesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 4 tender müsabiqəsi elan edib.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqələrinin ehtimal olunan ümumi qiyməti 105 milyon 499 min 762 manat 39 qəpik təşkil edir.
Qeyd edək ki, tender müsabiqəsi aşağıdakı işlərin görülməsi ilə bağlıdır:
- Bakı şəhərinin, Nizami, Yasamal, Binəqədi, Suraxanı, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində səkilərdə, həyətlərdə, park və xiyabanlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması – 24 999 810,01 azn.
- Bakı şəhərinin, Nərimanov, Nəsimi, Səbail, Xətai, Sabunçu rayonları ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması – 31 999 952,38 azn.
- Bakı şəhərinin, Nəsimi, Yasamal, Xətai, Suraxanı, Sabunçu rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satın alınması – 24 000 000 azn.
- Bakı şəhərinin, Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satın alınması – 24 500 000 azn.


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top