Artıq smartfonlar internetə peyk vasitəsi ilə qoşula biləcək


Amerikalı milyarder İlon Maskın “Starlink” layihəsi mobil rabitə sahəsində inqilab elan edib.
Yeniavaz.com
xəbər verir ki, bəzi smartfonlar tezliklə şirkətin peyklərinə birbaşa qoşula biləcək.
Üstəlik, bunun üçün heç bir əlavə qurğuya ehtiyac olmayacaq.
Texnologiya “Direct to Cell” adlanır və mobil internetə yanaşmanı əhəmiyyətli dərəcədə dəyişməyi vəd edir. Lakin bu funksiya yalnız müəyyən smartfon modellərində və ölkələrdə əlçatan olacaq.
Belə ki, bugünkü smartfonlar yerüstü qüllələr şəbəkəsi vasitəsilə işləyir. Ona görə də, “mobil rabitə” adı buradan gəlir. Hər bir baza stansiyası uyğun olaraq öz ərazisini əhatə edir. Yeni “Starlink” texnologiyası isə bunu dəyişəcək və smartfonlar orbitdəki peyklərə birbaşa qoşula biləcək.
Bu qərar “Starlink”in Amerikanın “T-Mobile” mobil operatoru ilə strateji tərəfdaşlığının nəticəsidir. Əsas məqsəd əhatə dairəsi olmayan ərazilərdə: dağlarda, səhralarda, kənd yerlərində və ya fövqəladə hallar zamanı əsas internetə çıxışı təmin edəcək.
Hələlik, yeni funksiya məşhur brendlərin fərdi modelləri tərəfindən dəstəklənəcək. Buna səbəb bağlantının əməliyyat sisteminin müasir versiyasını tələb etməsidir. İstehsalçılarla əməkdaşlıq artdıqca cihazların siyahısı genişlənəcək.
Hansı smartfonlar uyğun gəlir?
Apple
- iPhone 14, iPhone 14 Pro, iPhone 14 Pro Max
- iPhone 15
- iPhone 16


Google
- Pixel 9, Pixel 9 Pro, Pixel 9 Fold, Pixel 9XL

Motorola
– Razr (2024), Razr Plus (2024)
– Moto Edge
– Moto G Power 5G (2024)


Samsung
– Galaxy A14, A15, A16, A35, A53, A54
– Galaxy S21 – S25
– Galaxy Z Flip 3 – Z Flip 6

DİGƏR XƏBƏRLƏR

Top