Hacı Vəliyevin həbs müddəti uzadıldı


Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində olan həbs qətimkan tədbirinin müddəti 2 ay uzadılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə vəkil Aqil Layıc sosial media hesabında yazıb.
“Hacı həbsdə müalicəsini davam etdirə bilməməsindən, ağrı kəsicilərlə təmin edilə bilməməsindən şikayətləndi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmət, xahiş edirəm ki, bu müddət ərzində xüsusi reabilitasiyaya və həkim nəzarətinə ehtiyac duyan Hacı Vəliyevi Mərkəzi Müalicə Müəssisəsinə keçirəsiniz”, - vəkil yazıb.
Qeyd edək ki, aprelin 1-də Hacı Vəliyev barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
Bildirilir ki, ona Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

DİGƏR XƏBƏRLƏR

Top