
Xəbər verdiyimiz kimi, ötən günlərdə ölkə ərazisində müşahidə oluan yağıntılı hava şəraiti bəzi fəsadlara – subasmalara, daşqınlara və çaylardan sellərin keçməsinə səbəb olub. Hazırda da aidiyyəti qurumlar və vətəndaşlar sözügedən fəsadların aradan qaldırılması istiqamətində işlər aparırlar.
Xaçmaz rayonunun Cığatay kəndinin sakini Talıb Tağıyev Yeniavaz.com-a müraciət edərək bildirib ki, yağıntılar nəticəsində onun da evini və həyətyanı sahəsini su basıb, təsərrüfatına ciddi ziyan dəyib.
O bildirir ki, evi qəzalı vəziyyətə düşüb, lakin indiyədək hər hansı qurumdan dəstək görməyib:
“Maraqlanan yoxdur, çöllərdə qalmışıq”.
Cığatay sakininin redaksiyamıza göndərdiyi kadrları təqdim edirik: