Avropa Liqası: Mançesterdə 9 qollu oyun, inanılmaz geridönüş – Video


Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçirilib və bütün yarımfinal iştirakçıları bəlli olub.
Yeniavaz.com
xəbər verir ki, İngiltərənin “Mançester Yunayted” klubu əlavə vaxtda Fransa “Lion"u üzərində 5:4 hesablı inanılmaz qələbə qazanıb.
89-cu dəqiqədən etibarən 10 futbolçu ilə oynayan “Lion” əlavə vaxtda 2 top fərqi ilə önə keçməyi bacarsa da, 20 qat İngiltərə çempionu buna 3 qolla cavab verib və nadir geridönüşlərdən birinə imza atıb.
Qeyd edk ki, həm ilk oyunun, həm də cavab oyunun əsas vaxtında 2:2 hesabı qeydə alınıb.

“Mançester Yunayted” yarımfinalda “Atletik Bilbao” ilə qarşılaşacaq. İlk oyunda qolsuz heç-heçə edən İspaniya klubu Şotlandiyanın “Reyncers”inə 2:0 hesabı ilə qalib gəlib.
Digər yarımfinal görüşü isə bu mərhələdə “Ayntraxt Frankfurt”u darmadağın edən “Tottenhem”lə İtaliya “Latsio”sunu turnirdən kənarlaşdıran Norveçin “Bodo-Qlimt” arasında baş tutacaq.
1/4 finalın cavab oyunlarında nəticələr belə olub:
“Mançester Yunayted” (İngiltərə) – “Lion” (Fransa): 5:4, (ilk oyun: 2:2);
“Atletik Bilbao” (İspaniya) – “Reyncers” (Şotlandiya): 2:0, (ilk oyun: 0:0);
“Ayntraxt Frankfurt” (Almaniya) – “Tottenhem” (İngiltərə): 0:1, (ilk oyun: 1:1);
“Latsio” (İtaliya) – “Bodo-Qlimt” (Norveç): 3:1, 2:3 penaltilər, (ilk oyun: 0:2).


Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları mayın 1-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top