
Kardioloq Sem Setareh iki növ qəhvənin ürəyə mənfi təsir etdiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, həkim “20minutos” nəşri ilə söhbətində bu barədə danışıb.
Setareh qeyd edib ki, ən yaxşısı karamelli makiato və frappuçino kimi şirin qəhvələrdən çəkinməkdir, çünki onlar yüksək kalorini, şəkəri və sağlam olmayan yağları ehtiva edir:
“Şəkər qan damarlarına zərər verə, damarların içərisində lövhə yığılmasına səbəb ola bilər, ürək xəstəlikləri, diabet və hipertoniya riskini artırır”.
Həkim insanları espressoya üstünlük verməyə və qəhvədə şəkəri çoxlu sayda faydalı xüsusiyyətlərə malik darçınla əvəz etməyə çağırıb:
“Nadir hallarda bitki südü əlavə edə bilərsiniz, lakin o, çox şirin olmamalıdır”.