
Dövlət Neft Fondu (ARDNF) 2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan Mərkəzi Bankının iştirakı ilə həyata keçirilən hərraclarda 2 milyard 420,6 milyon ABŞ dolları məbləğində vəsait satıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı ARDNF açıqlayıb.
Məlumat üçün bildirək ki, Mərkəzi Bank bu ilin mart ayının əvvəllərindən etibarən valyuta satışı ilə bağlı məlumatları ictimaiyyətə açıqlamır.
Qeyd edək ki, Mərkəzi Bankın yanvar və fevral aylarında verdiyi rəsmi məlumatlara əsasən, banklara ümumilikdə 863,9 milyon dollar valyuta satılıb. Bu isə o deməkdir ki, mart ayında hərrac vasitəsilə satılan valyutanın məbləği 1 milyard 556,7 milyon dollar təşkil edib.
Nəticə etibarilə, ötən ilin eyni dövrü ilə müqayisədə valyuta satışında 3 dəfədən çox artım müşahidə olunub. Belə ki, 2024-cü ilin mart ayında Mərkəzi Bankın ARDNF ilə birgə keçirdiyi hərraclarda 498,3 milyon dollar satılıb.
“Valyuta hərraclarının nəticələrini gizlətmək zəiflik əlamətidir” – İlqar Məmmədov
Elnur Əli