
Bu ilin ilk 3 ayı ərzində Azərbaycan xarici ölkələrə 6 milyon 11,6 min ton xam neft və xam neft məhsulları satıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ixrac olunan xam neftin gömrük dəyəri 3 milyard 336,6 milyon dollar olub.
Açıqlanan rəqəmlərdən belə görünür ki, Azərbaycan neft və xam neft məhsullarının 1 tonunu 555 dollara satıb.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Azərbaycan xarici ölkələrə 5 milyon 600,5 min ton neft satıb və satılan neftin 1 tonunun orta gömrük dəyəri 623 dollar olub.
Qeyd edək ki, bu ilin ilk 3 ayında İtaliyaya 3 milyon ton xam neft satılıb və bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1,1 milyon ton artım deməkdir.
Eyni zamanda onu da bildirək ki, ötən il İtaliyadan sonra ən çox xam neft (1 milyon ton) İsrailə satıldığı halda, bu il İsrailə neft satılmayıb.
Türkiyəyə satılan neftin miqdarında isə kəskin azalma müşahidə olunub. Belə ki, ötən ilin ilk 3 ayında Türkiyəyə 114 min ton (1 tonu 542 dollar) neft satıldığı halda, bu ilin eyni dövründə bu göstərici təxminən 5 dəfə azalaraq 24 min tona (1 tonu 499 dollar) düşüb.
Elnur Əli