CHP-dən yazdı, saxlanıldı


Türkiyədə tanınmış jurnalist Rasim Ozan Kütahyalı saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, buna səbəb onun ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyası (CHP) ilə bağlı səsləndirdiyi iddialar olub.
Belə ki, bir gün əvvəl – aprelin 16-da öz sosial şəbəkə hesabında yazıb:
“CHP-nin 2023-cü ilin noyabr ayında baş tutan qurultayı sabah ləğv edilir. CHP-nin başına qəyyum gətirilir və növbəti qurultay 45 gün sonraya – 2025-ci il iyunun 1-ə təyin olunur. Qəyyumun Hikmət Çətin (CHP üzvü – red.) olacağı bildirilir. Mümkün qarşıdurma ehtimalına görü İstanbuldan Ankaraya xeyli sayda təhlükəsizlik qüvvəsi cəlb olunub. Ankarada fəaliyyət göstərən bütün təhlükəsizlik qüvvələrinin icazələri ləğv olunub. Ankara çox uzun bir günə hazırlaşır. Təəssüf ki, vəziyyət belə görünür”.
Lakin bir müddət sonra yaydığı məlumatı təkzib edib.
Baş verənlər ölkə ictimaiyyətində ciddi rezonans yaradıb. Ankara Respublika Baş Prokurorluğu “ictimaiyyəti çaşdıran məlumat yayma” itttihamı ilə istintaq başladıb və jurnalist barəsində saxlanılma qərarı verilib.
Türkiyə hökumətində təmsil olunan nüfuzlu şəxslərlə yaxın əlaqələri olan R. O. Kütahyalının artıq saxlanıldığı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top