Trampın vədləri “havada qaldı” – Gömrük gəlirləri 8 dəfə az oldu


ABŞ Gömrük və Sərhəd Mühafizəsi (CBP) Prezident Donald Trampın elan etdiyi yeni tariflərdən sonra əldə edilən gəlirlərlə bağlı məlumat yayıb.
Yeniavaz.com
CNBC-yə istinadən xəbər verir ki, qurum aprelin 5-dən etibarən 500 milyon dollardan çox gömrük rüsumu toplayıb.
Bildirilir ki, Donald Trampın vəzifəyə başladığı 20 yanvar 2025-ci il tarixindən 16 aprel tarixinə kimi CBP ümumilkdə 21 milyard dollar rüsum yığa bilib.
Açıqlanan məlumatlara görə, CBP-nin gündəlik orta gəliri, qısamüddətli fasilələrə baxmayaraq, 250 milyon dollar səviyyəsində qalıb.
ABŞ mətbuatı bildirir ki, bu göstərici prezident Donald Trampın seçkilərdən əvvəl vəd etdiyi gündəlik 2 milyard dollarlıq həddən çox aşağı olub.
Xatırladaq ki, aprelin əvvəlində Prezident Tramp onlarla ölkədən idxal olunan mallara 10%-dən 50%-ə qədər tariflər tətbiq etsə də, sonradan onların əksəriyyəti 10%-lik baza səviyyəsinə endirilib. Bununla belə, avtomobillərə tətbiq edilən yüksək tariflər qüvvədə saxlanılıb və bu tətbiqin əczaçılıq sənayesinə də şamil oluna biləcəyi qeyd olunur.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top