
“Ermənistan bu prosesi sülh sazişinin imzalanması ilə əlaqələndirmədən Azərbaycanla kommunikasiyalar açmağa hazırdır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı danışıb.
“Biz Azərbaycana çox konstruktiv, qarşılıqlı məqbul təklif irəli sürmüşük. Əgər müsbət cavab olarsa, bu prosesi sülh müqaviləsi ilə birləşdirmədən belə, dərhal infrastrukturun açılmasına başlaya biləcəyik”, - nazir deyib.
Xatırladaq ki, martın 13-ü iki ölkənin Xarici İşlər Nazirlikləri sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını elan edib.