Türkiyədə müəllim dərsə Əbdülhəmidin qiyafəsində girib – Video


Türkiyənin Rize şəhərinin Çayeli rayonundakı Ahmet Hamdi Nurzan İshakoğlu Anadolu Liseyində tarix müəllimi işləyən Ender Okur keçdiyi dərsin şagirdlərin yaddaşında daha yaxşı qalması üçün maraqlı bir üsuldan istifadə edib.
Yeniavaz.com
yerli KİV-ə istinadla xəbər verir ki, Okur şagirdlərinin qarşısına həmin gün haqqında danışacağı Sultan II Əbdülhəmidin geyimi ilə çıxıb.
Müəllimlərinin sinifə bu geyimlə daxil olduğunu görən şagirdlər həm təəccüblənib, həm də dərsi daha diqqətlə dinləyiblər.
Tətbiq etdiyi bu üsulla şagirdlərinin dərslərə marağını artırdığını bildirən Okur bu layihəyə Metehandan Sultan Alparslana, Sultan II. Əbdülhəmiddən Mustafa Kamal Atatürkə qədər bir çox türk tarixi şəxsiyyətlərinin geyimlərinin daxil oluduğunu qeyd edib.
“Şagirdlərin dərsə marağı çox artdı. Növbəti dərsdə mövzu Sultan Alparslan olacaq. İnanıram ki, onlar bu dərsləri ömür boyu unutmayacaqlar”, - deyə Okur əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top