Bu il Azərbaycanın daha 5 rayonunda donuzların kökü kəsilib – Tam siyahı


Bu ilin yanvar-mart aylarında Azərbaycanda 3 min 408 baş donuz mövcud olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə donuzlar 31,4% və ya 1 557 baş azalıb.
Açıqlanan məlumatlardan belə görünür ki, donuzların sayı Naxçıvan şəhəri ilə, Şərur, Abşeron, Kürdəmir və Biləsuvar rayonlarında 100% azalıb.
Şəhər və rayonların əksəriyyətində donuzların sayı azalıb. Artım isə ancaq Kəlbəcər, Oğuz və İsmayıllı rayonlarında qeydə alınıb.
Məlumat üçün onu da bildirək ki, son 21 il ərzində Azərbaycanda donuzların sayı 7 dəfəyə yaxın azalıb. 21 il əvvəl – 2004-cü ildə ölkədə 22 min 932 baş donuz olub.
Son 2 ildə Azərbaycanın şəhər və rayonlarında donuzların sayı belə olub:


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top