Qızılın qiyməti 3300 dolları keçdi


Qızıl fyuçerslərinin qiyməti tarixi maksimumunu yeniləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Comex” birjası (Nyu-York Ticarət Birjasının bölməsi) məlumat yayıb.
Ticarət platformasından verilən məlumata görə, qızılın qiyməti bir troy unsiyası üçün 3300 dolları keçib.
Belə ki, Bakı vaxtı ilə saat 08:55-ə olan məlumata görə, qızılın qiyməti 1,81% faiz artaraq, 1 troy unsiyası üçün 3302,7 dollar təşkil edib.
Bakı vaxtı ilə saat 00:10-da isə qızılın qiymətinin artımı sürətlənərək, 1 troy unsiyası üçün 3304,8 dollar (+1,87%) olub.

DİGƏR XƏBƏRLƏR

Top