“İnter” İnzaqi ilə müqaviləni uzadacaq


İtaliya çempionu “İnter” komandanın baş məşqçisi Simone İnzaqi ilə müqaviləni uzadacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Məlumata görə, “İnter” italiyalı mütəxəssisin maaşını da artırmağı planlaşdırır. Bunun sayəsində İnzaqi “A Seriyası”nda ən yüksək maaş alan məşqçi statusunu qoruyub saxlayacaq.
Qeyd edək ki, Simone İnzaqinin hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top