
““ChatGPT”nin tərtibatçısı “OpenAI”, “Twitter”ə bənzər öz sosial şəbəkəsini yaratmaq üzərində işləyir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Verge” mənbələrə istinadən məlumat yayıb.
Nəşr bildirib ki, layihə hələ ilkin mərhələdədir, lakin daxili prototip artıq mövcuddur. “OpenAI”nin baş direktoru Sam Altman artıq özəl olaraq kənar şəxslərdən layihə ilə bağlı rəy soruşub.
Sosial şəbəkənin ayrıca proqram şəklində buraxılacağı və ya “ChatGPT”ə inteqrasiya ediləcəyi hələlik bəlli deyil.
Nəşr qeyd edib ki, öz sosial şəbəkəsi “OpenAI”yə real vaxt rejimində öz məlumatlarını toplamağa imkan verəcək ki, bu da ona “ChatGPT”ni öyrətməyə imkan verəcək.