Böyük Britaniyada ən bahalı şokoladlı Pasxa yumurtası satışa çıxarıldı


Çəkisi 5 kq-dan çox və hündürlüyü 55 sm olan əl işi Pasxa yumurtası Böyük Britaniyada ən bahalı yumurta seçilib. .
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Express” məlumat yayıb.
Harroqeytdə şokoladçılar və tort bəzəkçiləri tərəfindən sifarişlə hazırlanan “Bettys Grande” Pasxa yumurtası 31.000 kalori ehtiva edir - bu, qadın üçün tövsiyə olunan gündəlik qəbuldan 15 dəfə çoxdur.
395 funt sterlinq (890 manat - red.) dəyərində olan yumurta, qiymətli Venesuela kriollo kakao paxlasından istehsal edilən İsveçrə “Grand Cru” şokoladından hazırlanır. O, müxtəlif yaz çiçəkləri və yarpaqları ilə bəzədilib. Yumurtanın çəkisi 5,4 kq - orta ev pişiyindən çoxdur.

DİGƏR XƏBƏRLƏR

Top