
““Yuventus”un və Fransa millisinin sabiq yarımmüdafiəçisi Pol Poqba Almaniya Bundesliqası, İspaniya La Liqası və Fransa Liqa 1-dəki klublara keçməyi düşünür”.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, MLS və Səudiyyə Ərəbistanının variantları da nəzərdən keçirilir.
Mənbənin sözlərinə görə, Pol Poqba hazırda Mayamidə özünü qoruyur və növbəti mövsümdə yeni klubla müqavilə imzalayaraq güclü dönüş etmək istəyir. Futbolçunun nümayəndələri ilə müxtəlif klublar arasında danışıqlar davam edir.
Xatırladaq ki, futbolçu antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilsə də, cəza 18 aya endirilib. 10 mart 2025-ci ildə fransız rəsmi olaraq diskvalifikasiya müddətini bitirib.