
Anar Mehman oğlu Kərimov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.
Yeniavaz.com xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
O, maliyyə nazirinin birinci müavini təyin edilib.
Xatırladaq ki, daha öncə Prezidentin başqa Sərəncamı ilə Himalay Qabil oğlu Məmişov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək maliyyə nazirinin müavini təyin edilib.