Hava ilə bağlı daha bir – Xəbərdarlıq


Bakıda və Abşeron yarımadasında gözlənilən hidrometeoroloji hadisə haqqında əhaliyə xəbərdarlıq edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, aprelin 15-dən 16-a keçən gecədən Bakıda və Abşeron yarımadasında yağışın leysan xarakterli intensiv olacağı, günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclənəcəyi gözlənilir.
“Şimşək çaxacağı ehtimalı var.
Aprelin 17-si gündüzədək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcək.
Gözlənilən intensiv və güclü yağışla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmur.
Aprelin 17-si səhər yağıntılar kəsiləcək”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top