
ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) Dövlət Departamentinin keçmiş yüksək vəzifəli məmuru Daniel Fridə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi anti-Rusiya sanksiyalarının sərtləşdirilməsi variantlarını öyrənir.
WSJ-nin qeyd etdiyi kimi, Amerika lideri Rusiyanın Ukraynadakı münaqişənin həllində maraqlı olmadığına inandığı halda departamentlər bu variantı nəzərdən keçirəcəklər.
Qeyd edək ki, aprelin 12-də Tramp Rusiyaya qarşı sələfi Co Baydenin dövlət başçısı kimi təqdim etdiyi sanksiyalar paketinin müddətini bir il müddətinə uzatmaq barədə fərman imzalayıb.