
“Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq - bunun üçün heç bir əsas yoxdur, sülh olacaq”.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində deyib.
Paşinyan bildirib ki, həm Ermənistan, həm də Azərbaycan xalqı sülhə layiqdir.