
HBO yeni “Harry Potter” serialının əsas yaşlı aktyor heyətini təsdiqləyib.
Yeniavaz.com “Deadline”a istinadən xəbər verir ki, aktyor heyətinə şouda dörd müntəzəm rol, həmçinin iki köməkçi rol daxildir.
Belə ki, aktyor Con Litqo serialda “Hoqvarts” cadu və sehrbazlıq məktəbinin direktoru Albus Dambldor rolunu canlandıracaq. Paapa Essyedu professor Severus Sneypi, Canet Maktir “Qriffindor”un dekanı Minerva Makqonaqallı, professor Qvirinus Kvireli Lyuk Tallon, Rubeus Haqrid rolunu isə Nik Frost oynayacaq
“Variety” qeyd edir ki, əsas uşaq rollarının aktyorları - sehrbaz Harri Potter və onun dostları Ron Uizli və Hermiona Qreyncer hələ açıqlanmayıb. HBO 2024-cü ilin payızında bu rollar üçün açıq kastinq təşkil edib. Burada 30 mindən çox uşaq iştirak edib.
HBO 2023-cü ilin aprelində “Harry Potter” serialını elan edib. Serialın çəkilişlərinə 2025-ci ilin yayında başlanacağı gözlənilir.