
İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu Fransa Prezidenti Emmanuel Makronun sosial şəbəkədə Fələstin dövlətinin yaradılmasını dəstəklədiyi yazısına kobud cavab verib.
Yeniavaz.com xəbər verir ki, kiçik Netanyahu Makronun Fransanın Fələstin dövləti yaratmaq üçün nə etmək niyyətində olduğunu izah etdiyi yazısına cavabına “Cəhənnəm ol...” sözləri ilə başlayıb.
“...Yeni Kaledoniya üçün müstəqillik! Fransız Polineziyasına müstəqillik! Korsikaya müstəqillik! Basklar ölkəsinə müstəqillik! Fransız Qvineyası üçün müstəqillik! Qərbi Afrikada fransız neo-imperializmini dayandırın!” - Netanyahunun oğlu yazıb.
Benyamin Netanyahu oğlu Yair Netanyahunun Makrona cavabını şərh edib.
Netanyahu oğlunun ölkənin taleyini düşünən əsl sionist olduğunu vurğulayıb:
“Prezident Makronun Fələstin dövlətinin yaradılmasına çağıran tvitinə reaksiya tərzi mənim üçün qəbuledilməz olsa da, hər bir vətəndaş kimi onun da öz fikrini söyləmək hüququ var. Prezident Makron, Fələstinlilərin yeganə arzusu İsraili məhv etmək olduğu bir vaxtda ölkəmizin mərkəzində Fələstin dövləti ideyasını təbliğ etməkdə dərin səhv edir”.
“İsrail reallıqdan qopmuş illüziyalara görə öz varlığını riskə atmayacaq və Korsika, Yeni Kaledoniya, Fransa Qvianasının və Fransanın müstəqilliyinə heç bir şəkildə təhlükə törətməyən digər ərazilərin müstəqilliyinə qarşı çıxan birinin Fələstin dövlətinin yaradılması ilə bağlı onun mövcudluğunu təhlükə altına salacaq mənəvi dərsi qəbul etməyəcək”, - Netanyahu əlavə edib.