
“Resveratrol ürək və qan damarları üçün faydalı olan bir antioksidandır. Tut, zoğal, qırmızı və ağ şərab, kakao paxlası, mərcangilə, qarağat, fıstıq və s. kimi məhsullarda olur”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Gazeta.ru-ya diyetoloq və qastroenteroloq Nuriya Dianova məlumat verib.
“Resveratrol bitki mənşəli təbii birləşmədir. Birincisi, resveratrol sərbəst radikalları zərərsizləşdirərək oksidləşdirici stresslə mübarizə apara bilər. İkincisi, bədəndəki iltihabi göstəricilərin səviyyəsini azalda bilər ki, bu da 2-ci tip diabet və ürək-damar xəstəlikləri kimi xroniki xəstəliklərin müalicəsində faydalı ola bilər. Üçüncüsü, resveratrol ürəyin sağlamlığını və qan dövranını yaxşılaşdıra bilər. Həmçinin, resveratrol ömrü uzadır və metabolik sağlamlığı yaxşılaşdırır”, - Dianova izah edib.
Həkimin sözlərinə görə, resveratrol bağırsaqlarda tez sorulur, lakin onun qida əlavələrində bioəlçatanlıq cəmi 12% təşkil edir:
“Ona görə də onu qidadan almaq daha effektivdir. O, kişmiş, tut, kakao, mərcangilə, qaragilə, fıstıq, qırmızı qarağat, üzüm və s. tərkibində olur".