
“Fələstinin radikal HƏMAS hərəkatı özünü siyasi partiyaya çevirməyə hazır olduğunu bildirib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Bildirilib ki, HƏMAS siyasi partiyaya çevrilməyə hazır olduğunu bildirib:
“Bundan əlavə, hərəkat HƏMAS-ın ayrı-ayrı liderlərinin Fələstin anklavından kənarda təqiblərə məruz qalmadıqları təqdirdə Qəzzanı tərk etmələrinə etiraz etmədiyini açıqlayıb.
Fələstin anklavında atəşkəsə dair son təklifə gəlincə, HƏMAS, cavabın gecikdirilməsini istəyib. Eyni zamanda, hərəkatın nümayəndəsi vurğulayıb ki, yaraqlılar İsrail tərəfi ilə istənilən mümkün razılaşma ilə hərbi əməliyyatlara son qoymağa hazırdırlar, lakin eyni zamanda hərəkat mümkün razılaşmalar üzrə İsrail tərəfinin öz öhdəliklərini yerinə yetirəcəyinə dair təminat tələb edir”.
Xatırladaq ki, bundan əvvəl HƏMAS-ın İsrail tərəfinin Qəzza zolağında yaraqlılar tərəfindən saxlanılan 10 girovu azad etmək və münaqişə tərəfləri arasında ən azı 45 gün müddətinə atəşkəs yaratmaq təklifini öyrəndiyi bildirilib. “Maan” xəbər agentliyinin məlumatına görə, İsrail yenilənmiş razılaşma çərçivəsində İsrail və ABŞ vətəndaşlığı olan İdan Aleksandr da daxil olmaqla 10 girovun azad edilməsi müqabilində anklavda atəşkəsi bərpa etməyi təklif edib. Yəhudi dövləti İsrail qüvvələrinin 2025-ci ilin mart ayının ortalarında başlayan İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyat zamanı ələ keçirdiyi ərazilərdən geri çəkilməli olduğu 45 günlük atəşkəsdən danışır. Eyni müddət ərzində blokadada olan sektorun əhalisinə humanitar yardımın çatdırılması üçün anklavın sərhədində bir neçə keçid məntəqəsi açılacaq.