
“Avro ABŞ-nin xarici mallara tətbiq etdiyi tariflər səbəbindən bazarda Amerika aktivlərinə inamsızlığın artması fonunda möhkəmlənir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, Amerika tariflərinin tətbiqi fonunda avronun artım tempi 15 il ərzində rekord həddə çatıb:
“Ötən noyabrda ABŞ-də prezident seçkilərində Donald Trampın qələbəsindən sonra dollar iki ay dalbadal avroya nisbətdə möhkəmləndi və yanvarın ortalarında demək olar ki, paritetə çatdı. Bir avro indi yanvar ayındaki zirvədən təxminən 10% aşağı düşərək 1,13 dollar dəyərindədir.
Cümə günü keçirilən ticarət zamanı avro opsion əməliyyatlarının 75%-i Avropa valyutasının daha da möhkəmlənməsi gözləntiləri ilə bağlanıb. Hedcinq fondları məzənnənin tezliklə bir avro üçün 1,2 dollara çatacağını gözləyir. İnvestorlar onun qlobal maliyyə sistemindəki rolunu yenidən qiymətləndirdikcə, avro dolların zəifləməsinin əsas benefisiarına çevrilir”.