
2023-cü ilin oktyabr ayından Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində ölən fələstinlilərin sayı 51 minə çatıb, yaralanan fələstinlilərin sayı isə 116 mini keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat anklavın Səhiyyə Nazirliyinin “Telegram” kanalında dərc olunub.
“2023-cü ilin oktyabr ayından Qəzzada hərbi əməliyyatlarda ölənlərin sayı 50 min 983, yaralananların sayı 116 min 274 nəfərə çatıb”, - Qəzza Səhiyyə Nazirliyi bildirib.
Nazirlik əlavə edib ki, son 24 saat ərzində Qəzzada 39 fələstinli ölüb, 118 fələstinli yaralanıb.