TƏBİB bu qurum üçün 562 min manata ofis icarəyə götürüb


TƏBİB-in tabeliyindəki “Rəqəmsal Tibbi Həllər” MMC fiziki şəxs Mehdiyev Araz Yusif oğlundan (VÖEN – 1405442222) ofis sahəsi icarəyə götürüb.
Yeniavaz.com
xəbər verir ki, “Rəqəmsal Tibbi Həllər” MMC tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında obyekt sahibləri ilə müqavilələr imzalayıb.
“Rəqəmsal Tibbi Həllər” MMC bir illik icarə haqqı olaraq Yusif Mehdiyevə 561 min 767 manat 40 qəpik ödəyəcək.
Qeyd edək ki, ötən ildə də “Rəqəmsal Tibbi Həllər” MMC Mehdiyev Araz Yusif oğlundan eyni məbləğə ofis sahəsi icarəyə götürüb.
Onu da bildirək ki, “Rəqəmsal Tibbi Həllər” MMC 25 oktyabr 2023-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin rəhbəri Mehdiyev Ramil Yunis oğludur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top