
Ukrayna 10 “Patriot” zenit-raket kompleksi üçün 15 milyard ABŞ dolları ödəməyə hazırdır,
Yeniavaz.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “CBS News” telekanalına verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, lakin Vaşinqton bu sistemləri satmaqdan imtina edir.
“Bizə ən azı 10 “Patriot” sistemi lazımdır və bu, 15 milyard dollardır. Biz bu 15 milyard dolları ödəməyə hazırıq”, - deyə Zelenski qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Zelenski Ukraynanın ABŞ-dən “Patriot” sistemlərinin də yer aldığı böyük silah paketi almağa hazır olması barədə danışmış, ancaq vəsaitin məbləği və mənbəyi göstərilməmişdi.
İndi o, bəyan edib ki, Kiyev avropalı tərəfdaşları hesabına Vaşinqtondan hava hücumundan müdafiə sistemləri və digər silahlar almaq niyyətindədir.
Eyni zamanda, Zelenski yenidən “Patriot” sistemlərinin alınması ilə bağlı ABŞ ilə razılığa gəlməyin mümkün olmadığını bildirib.
“Mən başa düşmürəm ki, biz niyə əlavə “Patriot” sistemləri ilə bağlı razılığa gələ bilmirik. ABŞ deyir ki, bu gün heç bir imkan yoxdur. Amma eyni zamanda, bu sistemləri İsrailə ötürür”, - Zelenski qeyd edib.