
Rusiyada dolların məzənnəsi son bir ay ərzində ilk dəfə olaraq 81 rubldan aşağı düşüb.
Yeniavaz.com xəbər verir ki, martın 18-dən sonra ilk dəfə olaraq dollar 80,9171 rubl səviyyəsində ticarət olunub.
Ekspertlər bildirirlər ki, qlobal ticarət müharibəsi valyuta bazarlarında ciddi təzyiqlər yaradır. ABŞ dolları son dövrlərdə zəifləyib – DXY dollar indeksi hazırda 99,44 bəndə (-0,35%) qədər geriləyib, bu da 2022-ci ilin aprelindən bəri ən aşağı göstəricidir.
Qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın ticarət siyasətinə dair qeyri-müəyyənliyi dünyada dollara inamı azaldır.
Murad Məmmədov