
Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi postunu tuta bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “El Gol Digital” portalı məlumat yayıb.
Məlumata görə, klub hazırda Almaniyanın “Bayer” klubuna rəhbərlik edən Xabi Alonso ilə razılığa gələ bilməsə, portuqaliyalı mütəxəssis “Real”a qayıda bilər.
Portalın məlumatına görə, klub prezidenti Florentino Peres Mourinyoya bir və ya iki mövsüm üçün nəzərdə tutulmuş qısamüddətli layihə təklif edəcək.
Daha sonra o, “Bayer”lə müqaviləsi gələn ilin yayına kimi qüvvədə olan Xabi Alonsonu baş məşqçi postu üçün razı salmağa çalışacaq.
Qeyd edək ki, Mourinyo artıq 2010-2013-cü illərdə “Real Madrid”ə rəhbərlik edib. O, klubla İspaniya La Liqasının, ölkə kubokunun və Superkubokunun qalibi olub.
Xatırladaq ki, bu mövsüm “Real Madrid” İspaniya çempionatının turnir cədvəlində 66 xalla ikinci yerdədir.