Trampa heykəlini hədiyyə etdilər


“Sticker Mule” şirkətinin baş direktoru və Nyu-York Konqresinə keçmiş namizəd Entoni Konstantino ABŞ Prezidenti Donald Trampa siyasətçinin 2 metrlik bürünc heykəlini hədiyyə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Daily Beast” nəşri məlumat yayıb.
Məlumata görə, heykəlin açılışı şənbə günü “Trump International Golf Club”da baş tutub.
Nəşr bildirib ki, heykəl qolf klubunun daimi atributuna çevriləcək və klub binası ilə qolf meydançası arasında yerləşəcək.
Konstantinonun sözlərinə görə, Amerika lideri “hədiyyəni təqdim edərkən şən, oynaq əhval-ruhiyyədə olub”.
Qeyd edək ki, bundan əvvəl Ağ Evin xüsusi nümayəndəsi Stiven Uitkoff jurnalist Taker Karlsona müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin Trampın portretini hədiyyə etdiyini bildirib. Onun sözlərinə görə, əsər Rusiya lideri tərəfindən Rusiyanın aparıcı rəssamına həvalə edilib. Uhitkoff Trampın hədiyyədən çox təsirləndiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top