Mario Varqas Lyosa vəfat etdi


Perulu yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Lyosa 89 yaşında Limada vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun oğlu Alvaro Varqas Lyosa “X” sosial şəbəkə hesabında məlumat verib.
“Təəssüflə bildiririk ki, atamız Mario Varqas Lyosa bu gün Limada, ailəsinin əhatəsində vəfat etdi”, - Alvaro Varqas Lyosa qeyd edib.
Qeyd edək ki, Mario Varqas Lyosa 1936-cı ildə Peruda anadan olub. Yazıçının əsərləri, o cümlədən “Kapitan Pantaleon və yaxşı xidmətlər şirkəti”, “Şəhər və itlər”, “Keçi bayramı” və “Kafedralda söhbət” kimi romanları onlarla dilə tərcümə olunub və çoxsaylı mükafatlara layiq görülüb.
O, 2010-cu ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

DİGƏR XƏBƏRLƏR

Top