
“ABŞ Prezidenti Donald Tramp qeyri-adi fiziki formadadır”.
Yeniavaz.com “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Ağ Evin həkimi Şon Barbel öz hesabatında bildirib.
Həkimin hesabatı aprelin 13-də Trampın təyin etdiyi tibbi müayinədən iki gün sonra açıqlanıb.
Hesabatda 78 yaşlı prezidentin səhhətinin vəziyyəti ilə bağlı ətraflı məlumat yer alıb.
“Reuters” Ağ Ev həkiminə istinadən yazıb: “Prezident Tramp əla koqnitiv və fiziki sağlamlıq vəziyyətindədir və dövlət başçısının vəzifələrini yerinə yetirməyə tam hazırdır”.
Qeyd edək ki, Donald Tramp 2025-ci ilin yanvarında 78 yaşında ABŞ Prezidenti postuna gələn ən yaşlı şəxsdir.