İsrail Qəzzada 1,2 km uzunluğunda tuneli məhv etdi


İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərləri Qəzza zolağının şimalında HƏMAS hərəkatına məxsus 1,2 km uzunluğunda tuneli partladıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Əsgərlər Qəzza zolağının şimal hissəsində aşkar edilmiş böyük yeraltı tuneli məhv ediblər. Onun uzunluğu 1,2 km və dərinliyi 20 m idi. Əməliyyat zamanı İDF-nin pilotsuz uçan aparatı bir neçə terrorçunu qoşunların yaxınlığında partlayıcı qurğu yerləşdirdiyini görüb, onlara dəqiq zərbə endirib və onları məhv edib”, - mətbuat xidməti bildirib. 
Qeyd edilib ki, bundan əlavə, tunelin yaxınlığında əsgərlər təxminən 20 partlayıcı qurğunun anbarının saxlandığı silah anbarını, həmçinin tank əleyhinə idarə olunan raketləri aşkar ediblər.

DİGƏR XƏBƏRLƏR

Top