“Rusiya və Ukrayna Qara dəniz danışıqlarını Ankarada keçirəcək” – KİV


Aprelin 15-16-da Ankarada Rusiya və Ukrayna nümayəndə heyətlərinin Qara dənizdə təhlükəsizlik məsələləri üzrə nümayəndələrinin görüşü keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “CNN Türk”ə Türkiyənin Milli Müdafiə Nazirliyindəki mənbələrdən məlumat verilib.
İclasda konkret kimin iştirak edəcəyi və canlı olub-olmayacağı dəqiqləşdirilməyib. Moskva və Kiyev bu görüşə öz nümayəndələrinin səfərini rəsmən açıqlamayıblar. İlin əvvəlindən tərəflər vasitəçilər vasitəsilə danışıqlar aparır.
Öz növbəsində, Türkiyənin Milli Müdafiə Nazirliyi aprelin 15-16-da Ankarada Qara dənizdə təhlükəsizlik məsələləri ilə bağlı xarici ölkələrin hərbi nümayəndələri ilə görüş keçirəcəyini açıqlayıb. Lakin iştirakçıların tərkibi dəqiqləşdirilməyib.
Qeyd edək ki, ABŞ nümayəndələri martın 23-25-də Səudiyyə Ərəbistanında Rusiya və Ukrayna nümayəndə heyətləri ilə ayrı-ayrılıqda danışıqlar aparıblar. Danışıqlardan sonra Birləşmiş Ştatlar Qara dənizdə atəşkəslə bağlı müharibə edən tərəflərlə razılaşdığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top