“Aprelin sonuna qədər atəşkəs olmasa, Rusiya yeni sanksiyalarla üzləşəcək” – KİV


“Aprelin sonuna qədər atəşkəs əldə olunmasa, ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” mənbələri məlumat verib.
Onların fikrincə, Tramp ya məhdudlaşdırıcı tədbirlər tətbiq etmək üçün prezident səlahiyyətlərindən istifadə edə, ya da Rusiyaya qarşı yeni sanksiyalarla bağlı Konqresə qanun layihəsi təqdim edə bilər.
Xatırladaq ki, aprelin 11-də ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində Rusiyanı Ukraynadakı müharibəni dayandırmaq üçün hərəkət etməyə çağırıb. Yazı Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla Rusiya Prezidenti Vladimir Putinin Sankt-Peterburqda görüşü fonunda dərc edilib. Görüş dörd saatdan çox davam edib. Kremlin mətbuat xidməti bildirib ki, orada Ukrayna nizamlanmasının aspektləri müzakirə olunub.

DİGƏR XƏBƏRLƏR

Top