
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzzanın şimalındakı Əl-Əhli xəstəxanasının ərazisində yerləşən HƏMAS komandanlıq və idarəetmə mərkəzinə zərbələr endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“HƏMAS terrorçuları bu kompleksdən İsrailin mülki əhalisinə və əsgərlərinə qarşı terror hücumlarını planlaşdırmaq və həyata keçirmək üçün istifadə ediblər. Zərbədən əvvəl dinc əhaliyə və xəstəxana kompleksinə dəyən zərərin azaldılması üçün tədbirlər görülüb”, - İsrail ordusunun bəyanatında deyilir.
Qeyd olunub ki, HƏMAS hərəkatı mülki infrastrukturdan və mülki əhalidən terror fəaliyyətləri üçün canlı qalxan kimi istifadə edərək, beynəlxalq hüququ sistemli şəkildə pozur:
“IDF dəfələrlə Qəzzadakı tibb müəssisələrində hərbi fəaliyyətin dayandırılması ilə nağlı xəbərdarlıq edib. İsrail ordusu İsrail dövlətini müdafiə etmək üçün HƏMAS terror təşkilatına qarşı fəaliyyət göstərməyə davam edəcək”.