
“Ukraynanın Sumı şəhərində ölənlərin sayı ikisi uşaq olmaqla 31 nəfərə çatıb”.
Yeniavaz.com xəbər verir ki, bunu Prezident Volodimir Zelenski deyib.
Qısa müddət sonra isə Fövqəladə Hallar Nazirliyi məlumat yayaraq bu rəqəmin 32-ə qalxdığını bildirib.
“10-u uşaq olmaqla 80-dən çox insan xəsarət alıb”, - nazirliyin məlumatında deyilir.
***13:00
Rusiya ordusu Ukraynanın Sumı şəhərinə raket zərbəsi endirib.
Yeniavaz.com UNIAN-a istinadla xəbər verir ki, Sumı meri vəzifəsini icra edən şəhər şurasının katibi Artem Kobzar artıq 20-dən çox mülki şəxsin öldüyünü təsdiqləyib.
“Sumıda raket zərbəsi nəticəsində ölən və yaralananlar var, yaşayış və qeyri-yaşayış binalarına ziyan dəyib. Fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üçün qərargah yaradılıb”, - Sumı Şəhər Şurasının yaydığı məlumatda deyilir.
İtkilərin sayının artacağı istisna olunmur.